
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere UEFA-dan təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, belçikalı funksioner Çempionlar Liqasında ilk turun "Liverpul" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya) matçının hakim-inspektoru olacaq.
O, italiyalı baş hakim Mauritsio Marianinin rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək.
Sentyabrın 17-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.