
Medina 100-ə çatdı
Azərbaycan Premyer Liqasının VI turu "Qarabağ"ın futbolçusu Kevin Medina üçün əlamətdar olub.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçi ölkə çempionatında 100-cü oyununu keçirib.
Onun yubileyi “Qəbələ” ilə ev matçına (2:0) təsadüf edib. Cənubi amerikalı start heyətində çıxdığı qarşılaşmada 90 dəqiqə meydanda olub.
32 yaşlı orta xətt oyunçusu Premyer Liqada yalnız “Qarabağ” formasını geyinib. O, 2020/2021 mövsümündə debüt etdiyi çempionatda 2 qola imza atıb.
Qeyd edək ki, Kevin Medina Azərbaycan çempionatlarının yüksək dəstəsində 100 və daha çox oyun keçirən 443-cü futbolçudur.