
Qəbələdə keçirilən III MDB Oyunlarının futbol yarışlarında bu gün 3-cü və 5-ci yer uğrunda görüşlər baş tutub.
Sportnet.az xəbər verir ki 5-ci yer uğrunda matçda Özbəkistan və Qırğızıstan milliləri qarşılaşıb. Görüş Özbəkistanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bürünc medal uğrunda oyunda isə Belarus yığması Tacikistanı eyni hesabla (2:0) məğlub edərək turniri üçüncü pillədə başa vurub.
Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq. Finalda Azərbaycan və Rusiya milliləri üz-üzə gələcək.