
"Turan Tovuz" səfərdə "Sumqayıt"a qarşı keçirdiyi VII tur matçında ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, 18-ci dəqiqədə Filip Ozobiç zədələnərək, oyunu davam etdirə bilməyib.
Onu komanda yoldaşı Rəhim Sadıxov əvəzləyib. Sadıxov keçmiş komandasına qarşı forma geyinəcək.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.