
"Turan Tovuz" klubunun İdarə Heyətinin üzvü Yaşar Sultanov dəfn olunub.
Sportnet.az-ın məlumatına görə, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə mərhumun yaxınları, veteran futbolçular və futbol ictimaiyyətinin digər nümayəndələri iştirak edib.
Qeyd edək ki, Yaşar Sultanov 67 yaşında ikən ürək tutmasından vəfat edib.