
Azərbaycan Premyer Liqasının VII turu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Mahmudov 200-cü dəfə oyuna “ağ-qaralar”ın kapitanı kimi çıxıb.
Təcrübəli yarımmüdafiəçinin yubileyində komandası “Zirə” ilə məhsuldar heç-heçə edib – 2:2.
Mahmudov ilk dəfə 2017/18 mövsümündə “Neftçi”nin kapitanı kimi meydana çıxıb. O, Premyer Liqada 161, ölkə kubokunda 15, avrokuboklarda 24 görüşə sarğı ilə başlayıb.
Qeyd edək ki, Emin Mahmudov “ağ-qaralar”ın heyətində ümumilikdə 262 oyun keçirib.