
"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyovun Rusiyanın "Dinamo" (Moskva) komandasındakı çıxışı narazılıq doğurub.
Sportnet.az-ın məlumatına görə, bu barədə Rusiya millisinin qapıçılarla iş üzrə məşqçisi Vitali Kafanov "sport24.ru"ya açıqlama verib.
O, təcrübəli qolkiperin hazırkı çıxışının o qədər də yaxşı olmadığını bildirib. : "Andrey güclü qapıçıdır. O, daha yaxşı oynaya bilər. Özü ilə iki dəfə söhbət etmişəm. Elə məqamlar var ki, şəxsən analiz etməlidir. Yeni baş məşqçi fərqli tələblərlə gəldikdə uyğunlaşmaya vaxt lazım gəlir".
Qeyd edək ki, Andrey Lunyov "Qarabağ"da 2023/2024 mövsümündə forma geyinib.