
“Real”ın müdafiəçisi Din Heysen əzələlərində yorğunluq yaşayır və bu səbəbdən oktyabrda İspaniya millisində oynaya bilməyəcək.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun həkimləri Heysenin vəziyyətini tezliklə qiymətləndirəcəklər.
Müdafiəçinin ciddi probleminin olmadığı deyilir, lakin o, yenə də 1-2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
20 yaşlı ispaniyalı futbolçu bu mövsüm bütün turnirlərdə 9 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.
İspaniya millisi oktyabrın 11-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstanı qəbul edəcək. Ayın 14-də isə Luis de la Fuentenin komandası doğma meydanda Bolqarıstanla qarşılaşacaq.