
“Kür-Araz” klubu oyunçusu Elnur Məmmədov barəsində AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan apellyasiya verib.
Sportnet.az-ın məlumatına görə, Apellyasiya Arbitraj Tribunalı şikayəti təmin etməyib.
Qeyd edək ki, sentyabrın 16-da II Liqada II turun “Göygöl”lə səfər qarşılaşmasından sonra “Kür-Araz”ın heyətində “kapitan” kimi çıxış edən Elnur Məmmədovun hakimin ikinci sarı vərəqəsindən sonra qırmızı vərəqə aldığına və oyunun hakimlərini təhqir etdiyinə görə 4 oyun cəzalanması, klubun isə 1000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.
Apellyasiya Arbitraj Tribunalının qərarından İsveçrənin Lozanna şəhərindəki İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.