
İspaniya millisinin və "Barselona"nın futbolçusu Lamin Yamal qısamüddətli məzuniyyətini Xorvatiyada keçirir.
Sportnet.az-ın "Mundo Derortivo"ya istinadən məlumatına görə, 18 yaşlı hücumçu bir neçə aydır görüşdüyü özündən 7 yaş böyük argentinalı müğənni ilə birlikdə istirahət edir.
Onlara helikopter gəzintisi hədiyyə olunub.
Yamalın qasığında zədə olduğundan, 2026-cı il dünya çempionatının seçmə qrup oyunları üçün İspaniya millisinə bu dəfə dəvət almayıb.