
"Mən Allaha inanıram. İnam mənə kömək edir, amma təcrübədən keçirmirəm".
Sportnet.az-ın məlumatına görə, bunu İspaniya "Barselona"sının prezidenti Joan Laporta Allaha olan münasibətindən danışarkən deyib.
Laporta inanmaqdan xoşunun gəldiyini bildirib: "Bir yepiskopun dediyi kimi, cənnət "Barsa"nın "Real Madrid"ə hər 5 dəqiqədən bir qol vurduğu məkandır. Allah varsa, o, "Barsa"nın tərəfindədir".
Qeyd edək ki, La Liqada 8 turdan sonra "Real Madrid" 21 xalla liderdir, "Barselona" isə 19 xalla 2-ci yerdə gedir. Bu komandalar oktyabrın 26-da X turda Madriddə üz-üzə gələcəklər.