
Azərbaycan Premyer Liqasında X turun oyun cədvəli müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "Turan Tovuz" komandası bu mövsüm ilk dəfə ev oyununu Tovuz şəhər stadionunda keçirəcək.
Tovuz təmsilçisi noyabrın 2-də "Şamaxı"nı ot örtüyü dəyişdirilən doğma stadionunda qəbul edəcək.
X turun 6 görüşündən yalnız biri Bakıda olacaq. Noyabrın 1-də "Neftçi" "Kəpəz"i "Palms Sports Arena"da qəbul edəcək.
"Sabah" "Qəbələ"ni Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da, "Sumqayıt" "Araz-Naxçıvan"ı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, "İmişli" "Qarabağ"ı Quba Olimpiya İdman Kompleksinin stadionunda, "Karvan-Yevlax" "Zirə"ni Şamaxı şəhər stadionunda qəbul edəcək.
Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
31 oktyabr (cümə)
“İmişli” – “Qarabağ”
Quba OİK stadionu, 14:00
1 noyabr (şənbə)
“Karvan-Yevlax” – “Zirə”
Şamaxı şəhər stadionu, 14:00
“Neftçi” – “Kəpəz”
“Palms Sports Arena”, 17:00
2 noyabr (bazar)
“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 16:00
“Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30
3 noyabr (bazar ertəsi)
“Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”, 19:30