
Türkiyənin "Qalatasaray" klubu Ermənistan millisinin və "Krasnodar"ın futbolçusu Eduard Spertsyanla müqavilə bağlaya bilər.
Sportnet.az-ın "Ajansspor"a istinadən məlumatına görə, komandanın baş məşqçisi Okan Buruk 25 yaşlı oyunçunu hücumameylli yarımmüdafiəçi qismində nəzərdən keçirir.
"Krasnodar"a rəsmi təklifin 2026-cı ilin yanvarında ünvanlanacağı gözlənilir.
Spertsyan 2025/2026 mövsümündə bütün yarışlarda 5 qol və 10 məhsuldar ötürmə müəllifi olub. Onun hazırkı müqaviləsi 30 iyun 2026-cı ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Transfermarkt erməni futbolçuya 25 milyon avro qiymət qoyub.