
Səudiyyə Ərəbistanının "Əl Nəsr" komandasının və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2025-ci ildə dünyanın ən yüksək ödənişli futbolçusu olub.
Sportnet.az-ın "Forbes" nəşrinə istinadən məlumatına görə, 40 yaşlı forvard cari mövsüm klubunda kommersiya müqavilələri üzrə maddi mükafatlar və əmək haqqı da nəzərə alınmaqla, 230 milyon dollar qazanıb. O, daha 50 milyon dolları sponsor müqavilələrindən alacaq.
Beləliklə, Ronaldunun illik gəliri vergilər və agent komissiyaları çıxılmadan 280 milyon dollar təşkil edəcək.
ABŞ "İnter Mayami"sinin və Argentina millisinin hücumçusu Lionel Messi ikinci, Səudiyyə Ərəbistanı "Əl İttihad"ının forvardı Kərim Benzema isə üçüncü yeri tutur.
"Forbes"in versiyası üzrə ən yüksək ödənişli futbolçular:
1. Kriştianu Ronaldu (Portuqaliya, “Əl Nəsr”) — 280 milyon dollar
2. Lionel Messi (Argentina, “İnter Mayami”) — 130
3. Kərim Benzema (Fransa, “Əl İttihad”) — 104
4. Kilian Mbappe (Fransa, “Real Madrid”) — 95
5. Erlin Holann (Norveç, “Mançester Siti”) — 80
6. Vinisius Junior (Braziliya, “Real Madrid”) — 60
7. Məhəmməd Salah (Misir, “Liverpul”) — 55
8. Sadio Mane (Seneqal, “Əl Nəsr”) — 54
9. Cud Bellingem (İngiltərə, “Real Madrid”) — 44
10. Lamin Yamal (İspaniya, “Barselona”) — 43.