
"Hər iki tərəf yaxşı oyun sərgilədi. Təəssüf ki, ikinci hissənin ilk 20 dəqiqəsi ərzində 2 qol buraxdıq. Belə komandaya qarşı oynamaq çətindir. Öz tərəfimdən, onlara Çempionlar Liqasında uğurlar arzulamaq istəyirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis əvəzetmələri vaxtında etdiklərini bildirib: "Hesab etmirəm ki, əvəzetmələrdə yubandıq. Planlaşdırdığımız kimi də etdik. Oyunun sonlarında fiziki cəhətdən zəiflədiyimizi düşünmürəm".
Berdıyev ikinci hissədə hesabı qoruya bilməmələrinin səbəbini də açıqlayıb: "Əvəzetmələr "Qarabağ"ın oyununu çox gücləndirdi. Digər tərəfdən, ikinci hissənin ilk yarısında birinci hissədəki kimi çıxış etmək lazım idi. Hesabı qorumaq istədiyimizdən, geri çəkildik. Lakin "Qarabağ"ın haqqını vermək lazımdır".