
"Ağır oyun idi, çünki rəqib daha yaxşı oyun sərgiləyirdi".
Bunu “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra Sportnet.az-a açıqlamasında deyib.
Onun fikrincə, "ağ-qaralar"ın ikinci ikinci qolunda oyundankənar vəziyyət olub: "Bu oyuna həftə ərzində ciddi hazırlaşmışdıq. Qalib gələcəyimi gözləyirdik. Amma yenə də bir xal bizim üçün vacibdir".
Təcrübəli yarımmüdafiəçi ilk dəqiqələrdən aqressiv təsir bağışlamasının səbəbini də açıqlayıb: "Oyun başladığı andan bizim üçün final kimi idi. "Neftçi" Azərbaycanın böyük komandalarından biridir, amma bu gün "Araz-Naxçıvan" üçün bu, final idi. Bütün azarkeşlər "Neftçi" oyununu izləməyə gəlmişdilər. Sonda bir xal bizim üçün vacibdir".