
Azərbaycan II Liqasında VI turun "Kür-Araz" - "Quba" oyununda komik və şübhəli olay baş verib.
Sportnet.az-ın məlumatına görə, 33-cü dəqiqədə qonaq komandanın futbolçusu Vidadi Cəfərov topu rəqib qapısında keçirib.
O, özünün və komandasının ikinci qolunu vurub. Bu zaman tribunadakı azsaylı tamaşaçılardan biri "Vidadi, 4 dənə qalıb, 4 dənə" deyə qışqırıb.
Bundan sonra "Quba" daha 4 qol vurub və yekunda 6:1 hesablı qələbə qazanıb. Qonaq komandanın qollarından yarısına Cəfərov imza atıb.
Hazırda 7 qola malik Cəfərov bombardirlər siyahısında lider olan "Quba"nın sabiq futbolçusu, hazırda "Şəki"də çıxış edən Cavid İmamverdiyevdən bir top geri qalır.
Cəfərov tamaşaçının dediyi andan sonra daha 4 top vursaydı, Nəinki Cəfərquliyevə çatacaqdı, hətta onu 2 top geridə qoyacaqdı.
Qeyd edək ki, Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirilmiş görüşdə cəmi 10 tamaşaçı olub. Bu matçda "Quba"nın ehtiyat oyunçular skamyasında futbolçusu olmayıb. Qonaqlar cəmi 11 nəfərlə çıxış edib.