UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura start verilib.
Sportnet.az-ın məlumatına görə, birinci oyun gününün ilk 2 qarşılaşmasında tam fərqli nəticələr qeydə alınıb.
"Barselona" İspaniyada Yunanıstan "Olimpiakos"unu darmadağın edib - 6:1. Kataloniya komandasından Fermin Lopes "het-trik", Markus Reşford "dubl" edib. Daha bir qolu penaltidən Lamin Yamal vurub. Qonaqların yeganə qolunun müəllifi Ayub El Kaabi də penaltidən fərqlənib. "Olimpiakos" 57-ci dəqiqədə Santyaqo Essenin meydandan qovulması üzündən matçı azlıqda başa vurub.
Liqa mərhələsinin debütantları Qazaxıstan "Kayrat"ı isə Kipr "Pafos"u qolsuz heç-heçə edərək, ilk xallarını qazanıblar. "Pafos"dan 4-cü dəqiqədə Joao Korrea qırmızı vərəqə alıb. Lakin "Kayrat" say üstünlüyünü qələbəyə çevirə bilməyib.
Gecənin qalan 7 görüşü isə xeyli məhsuldar alınıb. Çempionlar Liqasının son qalibi Fransa PSJ-si Almaniyada "Bayer Leverkuzen"i 7:2 hesabı ilə məğlub edərək, ardıcıl üçüncü qələbəsini qazanıb. İtaliya "İnter"i və İngiltərə "Arsenal"ı da bu seriyanı rəqiblərini 4 cavabsız qolla yenərək, davam etdiriblər. Onlar müvafiq olaraq, Belçikada "Yunion"u və evdə İspaniya "Atletiko"sunu məğlubiyyətə uğradıblar.
"Mançester Siti" İspaniyada "Vilyarreal"a 2 cavabsız qolla qalib gələrək, xalını 7-yə çatdırıb.
"Qarabağ"ın əvvəlki və gələcək rəqibləri isə məğlubiyyətlərə düçar olub. Portuqaliya "Benfika"sı ardıcıl üçüncü dəfə məyus olub. Hazırda baş məşqçi Joze Mourinyonun rəhbərlik etdiyi kollektiv İngiltərədə "Nyukasl"a böyük hesabla uduzub - 0:3.
"Kopenhagen" Danimarkada Almaniyanın "Borussiya Dortmund" komandası ilə bacarmayıb - 2:4.
"Qarabağ"ı V turda qəbul edəcək İtaliya "Napoli"si isə Niderlandda PSV-dən ağır zərbə alıb - 2:6.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
21 oktyabr
20:45. "Barselona" (İspaniya) - "Olimpiakos" (Yunanıstan) - 6:1
Qollar: Fermin Lopes, 7; 39; 76. Lamin Yamal, 68. Markus Reşford, 74; 79
Qırmızı vərəqə: Santyaqo Esse, 57 ("Olimpiakos")
20:45. "Kayrat" (Qazaxıstan) - "Pafos" (Yunanıstan) - 0:0
Qırmızı vərəqə: Joao Korreya, 4 ("Pafos")
23:00. "Arsenal" (İngiltərə) – "Atletiko Madrid" (İspaniya) - 4:0
Qollar: Qabriel Maqalyayns, 57; Qabriel Martinelli, 64; Viktor Dökereş, 67; 70
23:00. "Bayer Leverkuzen" (Almaniya) – PSJ (Fransa) - 2:7
Qollar: Aleyş Qarsiya, 38 (pen.); 54 - Vilyan Paço, 7; Dezire Due, 41; 45+3; Xviça Kvaratsxeliya, 44; Nunu Mendeş, 50. Usman Dembele, 66. Vitinya, 90
Qırmızı vərəqələr: Robert Andrix, 31 - İlya Zabarnı, 37
İstifadə olunmamış penalti: Alexandro Qrimaldo, 25 ("Bayer Leverkuzen")
23:00. "Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:2
Qollar: Erlin Holann, 17. Bernardu Silva, 40
23:00. "Nyukasl" (İngiltərə) – "Benfika" (Portuqaliya) - 3:0
Qollar: Entoni Qordon, 32; Harvi Barns, 70; 83
23:00. PSV (Niderland) - "Napoli" (İtaliya) - 6:2
Qollar: Alessandro Buoncorno, 35 (öz qapısına); İsmael Saybari, 38. Dennis Man, 54; 80. Rikardo Pepi, 87. Kouhaib Drioş, 89 - Skott Maktominey, 31; 86
Qırmızı vərəqə: Lorenso Lukka, 76 ("Napoli")
23:00. "Yunion" (Belçika) - "İnter" (İtaliya) - 0:4
Qollar: Denzel Dumfris, 41; Lautaro Martines, 45+1; Hakan Çalhanoğlu, 53 (pen.); Pio Espozito, 76
23:00. "Kopenhagen" (Danimarka) – "Borussiya Dortmund" (Almaniya) - 2:4
Qollar: Valdemar Anton, 33 (öz qapısına); Viktor Dadason, 90 - Feliks Nmeça, 20; 76; Rami Bensebaini, 61 (pen.); Fabio Silva, 87
Qeyd edək ki, qalan 8 oyun oktyabrın 22-də keçiriləcək.

















































































