
Azərbaycan II Liqasında VI turun "Kür-Araz" - "Quba" oyunu araşdırma altına alınıb.
Bu barədə Sportnet.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov məlumat verib.
Onun sözlərinə görə, qarşılaşma zamanı baş vermiş şübhəli epizod baxılmaqdan ötrü AFFA-nın Kompleyens və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinə göndərilib.
Axundov hazırda araşdırmanın nəticəsini gözlədiklərini bildirib: "Biz daxil olan bütün məsələləri araşdırırıq. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".
Sportnet.az saytının üzə çıxararaq, yaydığı məlumatda bildirilir ki, "Kür-Araz" - "Quba" matçının 33-cü dəqiqədə qonaq komandanın futbolçusu Vidadi Cəfərov topu rəqib qapısında keçirib. O, özünün və komandasının ikinci qolunu vurub. Bu zaman tribunadakı azsaylı tamaşaçılardan biri "Vidadi, 4 dənə qalıb, 4 dənə" deyə qışqırıb. Bundan sonra "Quba" daha 4 qol vurub və yekunda 6:1 hesablı qələbə qazanıb. Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirilmiş görüşdə cəmi 10 tamaşaçı olub. Bu matçda "Quba"nın ehtiyat oyunçular skamyasında futbolçusu olmayıb. Qonaqlar cəmi 11 nəfərlə çıxış edib.
Yerli mərc oyunları şirkətlərində Azərbaycan II Liqasına pul qoyuluşunun edilməsi mümkün olmadığından, görüşə xarici bukmeyker kontorları vasitəsilə "stavka" edildiyi güman olunur.