
Səudiyyə Ərəbistanında keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal yarışının püşkü atılıb.
Sportnet.az xəbər verir ki, 8 komanda hər birində 4 iştirakçı olmaqla 2 qrupa bölünüb.
Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq.
B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıblar.
Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də olacaq. İlk iki pilləni tutan millilər yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq.
Qızıl, gümüş və bürünc medalçıların adlarına isə 2 gün sonra – noyabrın 11-də aydınlıq gələcək.