Türkiyə futbolunda hakimlərlə bağlı görünməmiş qalmaqallı olayın üstü açılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu keçirdiyi mətbuat konfransında açıqlama verib.
O bildirib ki, peşəkar liqalardakı 571 hakimdən 371-nin mərc hesabı var. Onlardan 152-si isə aktiv şəkildə mərc oynayır.
TFF prezidentinin sözlərinə görə, 10 hakim 10 mindən çox, 42 hakim isə ayrı-ayrılıqdan 1000-dək pul qoyuluşu edib. Bir hakimin təkbaşına 18 min pul qoyuluşu etməsi faktı üzə çıxıb. Bəzi hakimlərin isə yalnız bir dəfə mərc oynadıqları təsbit edilib.
Hacıosmanoğlu bu rəqəmlərin son 5 ili əhatə etdiyini diqqətə çatdırıb. O, baş verənlərlə əlaqədar tezliklə İntizam Komitəsində araşdırmaların başlanacağını və lazımi cəzaların veriləcəyini vurğulayıb.











































































