"Karvan-Yevlax" komandası "Qarabağ"a qarşı Azərbaycan Kubokunun 1/8 final matçına itki ilə çıxacaq.
Sportnet.az xəbər verir ki, Nika Çaçaşvili növbəti mərhələ matçını buraxmalı olacaq.
O, II təsnifat mərhələsinin “Sheki City” ilə oyununun 99-cu dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə alıb.
AFFA İntizam Komitəsi Çaçaşvilini 1 oyunluq cəzaya, “Karvan-Yevlax”ı 500 manat cəriməyə məruz qoyub.
"Qarabağ"la görüş 2-3 dekabrda olacaq.
İntizam Komitəsi, həmçinin “Şimal” komandası 210 manat cərimələyib. Bu isə onunla əlaqədardır ki, Xaçmaz təmsilçisinin 4 futbolçusu “Şahdağ Qusar”la qarşılaşmada sarı vərəqə alıb.








































































