 
Azərbaycan kubokunda II təsnifat mərhələsinin “Qəbələ” – “Mingəçevir” oyunu Prins Ovusunun het-triki ilə əlamətdar olub.
Sportnet.az xəbər verir ki, 19 yaşlı qanalı futbolçu ikinci hissədə vurduğu 3 qolla “qırmızı-qaralar”ın 5:1 hesablı qələbəsində pay sahibi olub.
O, klub tarixinə bir oyunda üç qol vuran 7-ci futbolçu kimi düşüb.
Ovusuya qədər “Qəbələ”nin 6 futbolçusu bir matçda 3 qol vurub. Sonuncu het-trikə təxminən 2 il əvvəl təsadüf olunub. Həmin vaxt Bilel Auaşeriya Premyer Liqa matçında het-trikə sevinib.
Ümumiyyətlə, 7 het-trikdən biri UEFA Avropa Liqası, üçü Premyer Liqa, üçü Azərbaycan kubokuna təsadüf edib. Teo Uiks avrokuboklarda, Fərzad Hatəmi, Baqali Dabo və Bilel Auaşeriya çempionatda, Vüsal Qarayev, Filip Ozobiç və Prins Ovusu kubokda fərqlənib. Bu het-triklərdən 5-i ev, 2-si səfər matçında qeydə alınıb.
Qeyd edək ki, “Qəbələ”nin futbolçularının aktivində bir penta-trik və bir poker də var. Rövşən Əhmədov birinci dəstədə 5, Vitali Balamestnı Premyer Liqada 4 qol vurmağı bacarıb.
Bütün het-triklər:
Vüsal Qarayev - 10.10.2006. Azərbaycan kuboku. “Gilan” – “Şahdağ” (Quba) – 6:0
Farzad Hatəmi - 17.08.2008. Premyer Liqa. MOİK – “Qəbələ” – 0:3
Teo Uiks - 30.06.2016. Avropa Liqası. “Qəbələ” – “Samtredia” – 5:1
Baqali Dabo - 10.09.2016. Premyer Liqa. “Neftçi” – “Qəbələ” – 0:8
Filip Ozobiç - 29.11.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Mil-Muğan” – 8:0
Bilel Auaşeriya – 25.11.2023. Premyer Liqa. “Qəbələ” – “Turan Tovuz” – 4:0
Prins Ovusu – 29.10.2025. Azərbaycan kuboku. “Qəbələ” – “Mingəçevir” – 5:1








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    























































