Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu yerli çempionat oyunlarına əcnəbi hakimlərin dəvət olunacağına dair iddialara münasibət bildirib.
Sportnet.az xəbər verir ki, qurum rəhbəri belə bir ehtimalları qətiyyətlə inkar edib.
"Bizim qardaşlarımız var. Hazırda liqalarımızın oyunlarını idarə etməyə yetərincə hakimimiz mövcuddur", - deyən Hacıosmanoğlu yeni ədalət təmsilçilərinin yetişdirilməsi istiqamətində çalışdıqlarını diqqətə çatdırıb: "Bütün şəhərlərdə hakimlik kursları açılır, təhsil alırlar. Öz uşaqlarımızı bu sahəyə yönəldirik. Təcrübəsizlikdən səhv edə bilərlər, amma dəstək verməliyik".
Qeyd edək ki, Türkiyədə 571 hakimdən 371-nin bukmeyker kontorlarında mərc oynadıqları açıqlanıb.







































































