İtaliyanın “Fiorentina” klubu baş məşqçi Stefano Pioli ilə yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Bildirilir ki, 60 yaşlı mütəxəssislə bərabər köməkçiləri də komandadan göndərilib.
İtaliyalı mütəxəssis “Fiorentina”ya 2025-ci ilin iyulunda baş məşqçi təyin olunmuşdu. Onun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi.
Hazırda “bənövşələr” A Seriyasının turnir cədvəlində sonuncu – 20-ci pillədə qərarlaşıb və 4 xal toplayıb.








































































