Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Zəfər Turunun ilk matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunub.
"Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 16-cı dəqiqədə qonaq komandadan Araz Abdullayev açıb. Meydan sahibləri ikinci hissədə geridönüş edə biliblər. 65-ci dəqiqədə Hamidu Keyta bərabərlik, 2-ci uzatma dəqiqəsində Felipe Santos qələbə topunu vura vurub.
Günün digər matçında "Zirə" "Turan Tovuz"la heç-heçə edib - 0:0.
Bununla da "Turan Tovuz" 22 xalla 1-ci, "Zirə" 20 xalla 4-cü, "Araz-Naxçıvan" 19 xalla 5-ci, "Karvan Yevlax" isə 5 xalla 11-ci yerdə qərarlaşıb.
--------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Zəfər Turunun ilk matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq.
Arenadan müvəqqəti olaraq, ev oyunları üçün yararlanan "Araz-Naxçıvan" komandası "Karvan-Yevlax"ı qəbul edəcək. İndiyədək bu kollektivlər üz-üzə gəlməyiblər. Bu baxımdan, ilk duelin qalib tərəfinin kim olacağı maraq doğurur.
Hazırda Naxçıvan təmsilçisi 10 oyundan 16 xalla 6-cı yerdə gedir. Yevlax klubu isə 5 xalla 11-cidir.
Günün son oyunu isə "Zirə" və "Turan Tovuz" arasında olacaq. Hazırda Tovuz komandası 21 xalla liderdir. Paytaxt təmsilçisi isə 19 xalla 4-cü pillədə qərarlaşıb. Qələbə hər iki komandaya vacib olduğundan, görüşün gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir.
Tərəflər indiyədək 12 dəfə üz-üzə gəliblər. Bunların 7-də "Zirə", 3-də "Turan Tovuz" qələbə qazanıb, 2 dəfə heç-heçə qeydə alınıb. Topların nisbətində də "qartallar" öndədir - 16:10. "Turan Tovuz” son 2 oyunda xal qazanmayıb. “Zirə” son üç qarşılaşmada qol buraxmayıb.
Azərbaycan Premyer Liqası, XI tur
8 noyabr (şənbə)
15:44. “Araz-Naxçıvan” – “Karvan-Yevlax” - 2:1
Qollar: Hamidu Keyta, 65, Felipe Santos, 90+2 - Araz Abdullayev, 17
Sarı vərəqələr: Ramon Maçado, 57 (qeyri-idman hərəkəti); Ülvi İsgəndərov, 70 (qeyri-idman hərəkəti) - İmani Barker, 59 (oyunun bərpasının ləngidilməsi); Araz Abdullayev, 69 (hakimin qərarına etiraz); Vadim Abdullayev, 90 (qeyri-idman hərəkəti)
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 120 tamaşaçı
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 2. Qara Qarayev (k) (8. Coşqun Diniyev, 46) 26. Ömər Buludov (34. Urfan Abbasov, 56) 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 10. Felipe Santos 11. Ba-Muaka Simakala (7. Hamidu Keyta, 46) 77. Bruno Franko 70. Şarl Boli (16. Ramon Maçado, 25) 19. Bar Kohen (14. Ülvi İsgəndərov, 46)
Ehtiyat oyunçular: 12. Kristian Avram 76. Süleyman Həsənov 5. Slavik Alxasov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 23. Nuno Rodriqes
Baş məşqçi: Elmar Baxşıyev
“Karvan-Yevlax”: 1. Kamran İbrahimov (25. Əmrah Bulud, 78) 7. Araz Abdullayev (k) (14. Uğur Cahangirov, 75) 32. Elvin Yunuszadə (4. Olavale Doyeni, 64) 6. Vadim Abdullayev 33. Eltun Turabov 13. Vüsal Məsimov (37. Mois Nqvisani, 75) 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 10. Samuel Durrant (8. Peter Kinqs, 75) 21. İmani Barker
Ehtiyat oyunçular: 42. İbrahim Qədirzadə 22. Qabil Əlizadə 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa
Baş məşqçi: Azər Həşimov
18:44. “Zirə” – “Turan Tovuz” - 0:0
Sarı vərəqələr: Ruan Renato, 35 (qeyri-idman hərəkəti); Ayron Qomis, 44 (qeyri-idman hərəkəti); Brahim Konate, 45 (qeyri-idman hərəkəti); Qismət Alıyev, 45+1 (hakimin qərarına etiraz) - Roderik Miller, 45 (qeyri-idman hərəkəti); Roberto Olabe, 45, 61 (qeyri-idman hərəkəti); Oleq Baklov, 88 (oyunun bərpasının ləngidilməsi)
Qırmızı vərəqə: Roberto Olabe, 61
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rəşad Sadıqov, 45+3 (hakimin qərarına etiraz)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İK stadionu, 1200 tamaşaçı
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 29. Ceyhun Nuriyev (28. Leroy Mikels, 71) 26. Stefan Aka 4. Ruan Renato 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 30. Rikardo Martins (77. Yeqor Boqomolski, 85) 93. Brahim Konate 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 16. Fuad Bayramov 14. Elçin Əlicanov 20. İssa Cibrila 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç (17. Rəhim Sadıxov, 71) 5. Roderik Miller 3. Enrike Silva (88. Faiq Hacıyev, 90+1) 23. Alexandro Serrano 90. Joarlem Santos (99. Vadji İbrahima, 71) 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza (6. Fərid Yusifli, 65)
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 2. Abdulla Rzayev 77. Veysəl Rzayev
Baş məşqçi: Kurban Berdiyev
Qeyd edək ki, ilk oyun günündə "Şamaxı" evdə "İmişli"ni 1:0, "Sumqayıt" səfərdə "Qəbələ"ni 2:0 hesabı ilə yenib.








































































