Aleksey İsayev “Sabah”in heyətində 100-cü çempionat oyununu keçirib.
Sportnet.az PFL-in rəsmi saytına istinnadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XI turuna təsadüf edib.
O, “Kəpəz”lə səfər görüşündə sonradan meydana çıxıb.
2020 - 2023-cü illərdə də “Sabah”da oynayan, cari mövsümün gedişində kluba dönən İsayev 100 oyunda 11 qol vurub.
Xatırladaq ki, Aleksey İsayev “Sabah”dan başqa “Sumqayıt” və “Qarabağ”da da çıxış edib. O, Premyer Liqada ümumilikdə 182 oyunda 12 dəfə fərqlənib.











































































