"Rəqibimiz yaxşı tanıyırıq. Amma oyuna yaxşı hazırlaşmışıq. İnanıram ki, rəqibimizdən yaxşı performans göstərəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk evdə İslandiyaya qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.
Təcrübəli müdafiəçi Ayxan Abbasovun gəlişindən sonra çox şeyin dəyişmədiyini, komanda ruhunun olduğunu bildirib: "Biz çox şeyi dəyişə bilərik".
Cənubi Koreyanın "Tecon Hana Sitizen" klubunda çıxış edən futbolçu Azərbaycan dilini iki ildir öyrəndiyini də diqqətə çatdırıb: "Uzun müddətdir danışmırdım. İndi isə sizinlə danışmaq üçün yaxşı şansım var".













































































