2026-cı il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək Azərbaycan və İslandiya yığmalarının yekun sifariş ərizəsi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, hər iki komanda bir futbolçunun xidmətinə ehtiyac duymayıb.
Ayxan Abbasov "Araz-Naxçıvan"dan dəvət etdiyi yarımmüdafiəçi Mustafa Əhmədzadəyə, onun rəqib həmkarı Arnar Qunnlauqsson isə İsveç "Yurqorden"inin orta sahə oyunçusu Mikael Nevill Anderssonu "23-lük"dən kənarlaşdırıb.
Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev isə cəzalı olduğu üçün bugünkü matçda forma geyinməyəcək.
Qeyd edək ki, "Palms Sports Arena"da keçiriləcək Azərbaycan - İslandiya matçı saat 21:00-da başlanacaq.









































































