İslandiya millisinin futbolçuları 2026-cı il dünya çempionatının seçmə oyununda Azərbaycan yığması üzərində 2:0 hesablı qələbəni paltardəyişmə otağında coşqu ilə qeyd ediblər.
Sportnet.az xəbər verir ki, bununla bağlı paylaşılan videoda baş məşqçi Arnar Qunnlauqsson oyunçular qarşısında qısa çıxış edib.
"Mənim sizə cəmi 3 sözüm var: ABC" deyən 52 yaşlı mütəxəssisin zarafatı futbolçuların xoşuna gəlib. Lakin abbreviaturanın anlamının heç kimə yox, yalnız onların özlərinə məlum olduğu bildirilir.
Daha sonra Viktor Palsson təşəbbüsü öz üzərinə götürüb və "Zicke zacke, zicke zacke, hoi hoi hoi" mahnısına dirijorluq edib.








































































