Bu gün futzal üzrə Azərbaycan Yüksək Liqasında VII turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, tura lider “Neftçi” ilə gənclərdən ibarət millinin oyunu ilə start verilib.
Start fitini isə Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlər sırasında yer almaqla ilkə imza atan FİFA referisi Hikmət Qafarlı səsləndirib.
Fasiləyə qədər 4 cavabsız qol vuran “ağ-qaralar” ikinci hissədə də fərqi artırıb və 3 xalı böyükhesablı qələbə ilə qazanıb.
İkinci oyunda “Baku Fire” son pillədə qərarlaşan “Lənkəran”la qarşılaşıb. İddialı Meydan sahibləri debütantı məğlub etməklə xal ehtiyatını artırıb. Tura son çempionun böyükhesablı qələbəsi ilə yekun vurulub.
Bu matçı “qırmızı-ağlar”ın UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika” ilə keçirəcəyi matça hazırlıq da saymaq olar.
Yüksək Liqa, VII tur
13:00. "Neftçi İK" – U-19 - 12:4
Qollar: Hadi Ahmadi, 4:56, 35:02, Nihad İsmayılov, 12:31, 26:56, 33:20, Allef Maiolli, 14:57, Turan Azayev, 16:48 (ö/q), İaqo Henrique, 23:24, 27:46, 31:04, 39:49, Fərid Atakişiyev, 39:38 - Pünhan Qasımzadə, 25:11, 30:20, İsmayıl Əhmədov, 27:17, Oqtay Mahmudzadə, 28:10
Sarı vərəqə: Lukas Ramos, 28:07
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov
Hakim-inspektor: Füzuli Nəcəfov
"Olimpik Star"
15:00. "Baku Fire" – "Lənkəran" - 14:2
Qollar: Fərid Abbasov, 1:19, 14:35, 24:15, 39:59, Novruz Kazıxanov, 3:30, 21:20, 30:12, Məhəmməd Abbasov, 6:05, 17:17, Ramazan Atakişiyev, 22:41, Nurlan Məmmədov, 36:54, Rüfət Məmmədli, 37:39, 39:44, Elşən Mahmudov, 38:08 - Ümid Qəhrəmanov, 10:47, Elşən Mirzəzadə, 34:03
Sarı vərəqələr: Ümid Qəhrəmanov, 11:20, Rasim Əhmədov, 14:33, Arzu Abbasov, 29:56, Şahin Xəlilov, 36:52, Elmir Xəlilov, 39:11
Hakimlər: İmran Məhərrəmov, Elgün Hüseynov, Anar Fərəcov
Hakim-inspektor: Ramiz Əsədov
"Olimpik Star"
17:00. "Araz-Naxçıvan" – "Şuşa" - 14:2
Qollar: Aleks Teixeira, 3:08, 34:32, Luicci Longo, 3:48, 17:14, 27:09, Ülvi Əliyev, 6:04, 26:55, 38:32, Jean Perruzo, 8:30, Filipe De Lima, 9:52, Ədalət Ələkbərov, 13:43, 15:54, Qüdrət Qasımzadə, 19:58, Karlos Bertuola, 22:00 - Rüstəm Bağırov, 23:33, 37:48
Sarı vərəqələr: Mirzə Əmirov, 30:11 - Adil İsmayılov, 17:52
Hakimlər: Ramil Namazov, Mahir Məmmədov, Nahid Bağırov
Hakim-inspektor: Murad Məmmədov
"Olimpik Star"







































































