"Qarabağ"ın qapıçısı Mateuş Koxalski ardıcıl üçüncü dəfə penaltini dəf edib.
Sportnet.az-ın məlumatına görə, polşalı qapıçı bu dəfə İtaliyada "Napoli"yə qarşı UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçında qurtarışa imza atıb.
O, Rasmus Höylundun 56-cı dəqiqədə yerinə yetirdiyi penalti zərbəsini qaytarıb.
Koxalski daha əvvəl Azərbaycan Premyer Liqasında "İmişli" ilə X turun (2:0), "Sumqayıt"la isə XII tur (4:2) matçlarında penaltini dəf edib.











































































