UEFA Çempionlar Liqasının əsas mərhələsində V turun son 9 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, mərkəzi görüş indiyədək xal itirməyən üç komandadan ikisi - İngiltərə "Arsenal"ı ilə İtaliya "İnter"i arasında gerçəkləşib.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xal itirməyən üçüncü klub - İtaliya "İnter"i isə İspaniyada "Atletiko Madrid"inə uduzub - 1:2.
Beləliklə, xal itirməyən komanda sayı 1-ə enib. Hazırda "Arsenal" 5 oyunda 15 xalla vahid liderdir.
Ötən mövsüm Çempionlar Liqasının qalibi olmuş Fransa PSJ-si ilə Avropa Liqasının son qalibi İngiltərə "Tottenhem"inin UEFA Super Kubokundan sonra növbəti görüşü də bu gecəyə təsadüf edib. Gecənin ən məhsuldar görüşündə qapılara 8 qol vurulub. PSJ qələbə qazanaraq, xalını 12-yə çatdırıb və 2-ci pilləyə yüksəlib.
"Bavariya", "İnter" və İspaniya "Real Madrid"i də 12 xala malikdir.
İspaniya "Real Madrid"i dördüncü qələbəsini Yunanıstanda "Olimpiakos" üzərində qazanıb - 4:3. "Kral klubu"nun 4 qolunun hamısını Kilian Mbappe vurub.
Bu nəticələrdən sonra "Qarabağ" 7 xalla 19-cu pilləyə enib. 18-ci yerdəki İspaniya "Barselona"sı və 20-ci mövqedəki İtaliya "Napoli"sinin də 7 xalı var.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, V tur
26 noyabr
21:45. "Pafos" (Kipr) - "Monako" (Fransa) - 2:2
Qollar: David Luis, 18. Məhəmməd Salisu, 88 (öz qapısına) - Takumi Minamino, 5. Falorin Baloqan, 26
21:45. "Kopenhagen" (Danimarka) - "Kayrat" (Qazaxıstan) - 3:2
Qollar: Viktor Dadason, 26. Cordan Larsson, 59 (pen.). Robert Silva, 73 - Dastan Satpayev, 81. Oljas Baybek, 90
00:00. "Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya) - 3:1
Qollar: Yurrien Timber, 22. Noni Madueke, 69. Qabriel Martinelli, 76 - Lennart Karl, 32
00:00. PSJ (Fransa) - "Tottenhem" (İngiltərə) - 5:3
Qollar: Vitinya, 45; 53; 76. Fabian Ruis, 59. Vilyan Paço, 65 - Rişarlison, 35. Kolo Muani, 50; 72
00:00. "Atletiko Madrid" (İspaniya) - "İnter" (İtaliya) - 2:1
Qollar: Xulian Alvares, 9. Xose Mariya Ximenes De Varqas, 90+3 - Pyotr Zelinski, 54
00:00. "Liverpul" (İngiltərə) - PSV (Niderland) - 1:4
Qollar: Dominik Soboslai, 16 - İvan Perişiç, 6 (pen.). Qus Til, 56. Kouhaib Drioş, 73; 90+1
00:00. "Olimpiakos" (Yunanıstan) - "Real Madrid" (İspaniya) - 3:4
Qollar: Çikinyo, 8. Mehdi Taremi, 52. Ayub El Kaabi, 81 - Kilian Mbappe, 22; 24; 29; 60
00:00. "Ayntraxt" (Almaniya) - "Atalanta" (İtaliya) - 0:3
Qollar: Ademola Lukman, 60. Ederson, 62. Şarl De Ketelare, 65
00:00. "Sportinq" (Portuqaliya) - "Brügge" (Belçika) - 3:0
Qollar: Jeovani Kenda, 24. Luis Suares, 31. Fransişku Trinkan, 70
1














































































