Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu UEFA Millətlər Liqasında qazanılmış qələbə münasibətilə komanda yoldaşlarına xüsusi hazırlanmış saatlar hədiyyə edib.
Sportnet.az "SIC Noticias" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı hücumçuçu lüks saat brendi ilə əlaqə saxlayaraq Portuqaliya yığmasının üzvləri üçün məhdud sayda istehsal olunan model sifariş verib.
Ronaldu saatları dünya çempionatının seçmə mərhələsində Ermənistanla keçirilmiş (9:1) oyundan əvvəl — 16 noyabr tarixində milli üzvlərinə, eyni zamanda, həmin kolleksiyadan bir komplektini ötən yay avtomobil qəzasında həlak olan İngiltərə “Liverpul”unun sabiq futbolçusu Dioqu Jotanın ailəsinə də təqdim edib.
Saatların görüntülərini istehsalçı şirkət sosial şəbəkələrdə paylaşıb. Model skelet tipli çərçivəyə malikdir və üzərində Portuqaliya Futbol Federasiyasının gerbi ilə Millətlər Liqasının kuboku təsvir olunub. Arxa hissədə isə “Millətlər Liqasının çempionları — 2025” yazısı yer alır.
Bu model cəmi 35 ədədlik limitli seriya ilə buraxılıb.
Qeyd edək ki, iyunda Portuqaliya yığması UEFA Millətlər Liqasını iki dəfə qazanan ilk komanda ünvanına yiyələnib.












































































