AFFA Gənclər Liqasında çıxış edən "Şamaxı" komandasına texniki məğlubiyyət verilib.
Sportnet.az xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar qəbul edib.
Səbəb kimi "Qarabağ"la oyunda əvəzetmə limitini pozulması göstərilib. Oyunun gedişində "Şamaxı"nın əsas heyətində 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmayıb.
"Şamaxı"ya texniki məğlubiyyət verilsə də, hesab olduğu kimi saxlanılıb.
Qeyd edək ki, noyabrın 21-də Sərhədçi İdman Mərkəzində keçirilmiş görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 7:1.











































































