Ukraynanın "Dinamo Kiyev" klubu baş məşqçi Aleksandr Şovkovski və bütün məşqçilər heyətini istefaya göndərib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qərar UEFA Konfrans Liqasının əsas mərhələsinin IV tur matçında Kiprdə "Omoniya"ya 0:2 hesablı məğlubiyyətdən sonra verilib.
Baş məşqçi səlahiyyətlərinin icrası klubun U-19 komandasında çalışmış İqor Kostyuka tapşırılıb.
4 turdan sonra "Dinamo" 3 xalla 27-ci yerdə gedir. Komanda oyunlarından 1-də qələbə qazanıb, 3-də uduzub. Növbəti turda Kiyev klubu "Fiorentina" ilə üz-üzə gələcək. Matç dekabrın 11-də keçiriləcək.










































































