"Zirə"nin futbolçusu Leroy Mikelsin səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Ümumilikdə matçı necə dəyərləndirərdiniz?
- Açığı, gərgin oyun alındı. "Kəpəz" bu mübarizəyə nə dərəcədə hazır olduğunu göstərdi. Amma ikinci hissədə bizim üçün işlər daha yaxşı alındı və düşünürəm ki, qələbəyə layiq olan tərəf biz idik.
– Vurduğunuz gözəl qolu necə şərh edərdiniz?
- Düşünürəm ki, vurduğum qol bir az Kriştianu Ronaldonun qollarına bənzədi.
– Bu qolda Ronaldudan ilham almısınızmı?
- Nə dərəcədə ilham verdiyini dəqiq deyə bilmərəm, amma əksər komanda yoldaşlarım vurduğum qolu Cristiano Ronaldonun qoluna bənzətdiklərini deyirlər.
– Qardaşlarınızla rəqib olaraq üz-üzə gəldikdə nə hisslər keçirirsiniz?
- Qardaşlarımla eyni çempionatda mübarizə aparmaq çox yaxşı hissdir. Artıq aramızda “kim daha çox qol vuracaq” rəqabəti var.
Haşım MƏMMƏDOV










































































