I Liqada 2025/26 mövsümünün I dövrəsi başa çatıb.
Sportnet.az xəbər verir ki, Peşəkar Futbol Liqası 9 turdan sonra son 10 mövsümün ən yaxşı bombardirlərini təqdim edib.
Əvvəlki 9 çempionat və I dövrədəki 9 turun oyunlarında ümumilikdə 1208 futbolçu qol sevinci yaşayıb.
2016/2017 mövsümündən indiyədək olan dövrdə yalnız 9 futbolçu 40 və ya daha çox qol vurub.
1. Bəhruz Teymurov - 87
2. Sabir Allahquliyev – 58
3. Seyxan Fərəcov – 53
4. Elmir Rəhimzadə - 50
5. Raul Yaqubzadə - 45
6. Fərid Kərimzadə - 44
7. Elnur Səmədov – 43
8. Vüsal Əsgərov – 42
9. Elşad Tağıyev - 41





































































