"Millinin baş məşqçisinin dedikləri məni maraqlandırmır".
Sportnet.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Azərbaycan yığmasındakı həmkarı Ayxan Abbasovun yerli futbolçulara oynaya bildikləri komandanı seçməyi məsləhət görməsinə dair açıqlamasına cavab olaraq deyib.
O, Premyer Liqada az oynayan futbolçulara "Şahdağ Qusar"a qarşı Azərbaycan Kuboku matçında şans verdiyini söyləyib: "Onların səhvlərini analiz edib baxacağıq ki, çempionatda bu səhvləri etməsinlər".
Berdıyev 2:1 hesablı çətin qələbə qazanmalarının səbəbini də açıqlayıb: “Klassik kubok oyunu alındı. Adətən belə görüşlər qəliz keçir, bu oyun da istisna olmadı. Digər futbolçulara da imkan yaratdıq ki, oynasınlar. Razıyam, futbolçularımda motivasiya əskikliyi var idi”.
Qeyd edək ki, "Turan Tovuz" 1/4 finalda "Araz-Naxçıvan" - "Kəpəz" oyununun qalibi ilə qarşılaşacaq.



































































