Bu gün Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, Yevlax şəhər stadionunda "Karvan-Yevlax" "Şamaxı"nı qəbul edəcək.
Baş hakim Cavid Cəlilovun idarə edəcəyi görüş saat 14:00-da başlanacaq.
Hazırda "Karvan-Yevlax" 5 xalla 12-ci, "Şamaxı" 14 xalla 9-cu pillədə qərarlaşıb.
Komandalar indiyədək cəmi 1 dəfə qarşılaşıblar. İlk dövrəyə təsadüf etmiş matçda "Şamaxı" böyük hesabla qalib gəlib - 3:0.
Azərbaycan Premyer Liqası, XIV tur
7 dekabr (bazar)
14:00. “Karvan-Yevlax” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Yevlax şəhər stadionu
Xatırladaq ki, turun açılış oyununda "Zirə" "Qarabağ"la heç-heçə edib - 1:1. Turun qalan 4 matçı 8-9 dekabrda keçiriləcək.















































































