"Turan Tovuz" komandası səfərdə "Qəbələ"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XIV tur matçına itkilərlə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, oyunu buraxacaq futbolçular sırasına Veysəl Rzayev də qoşulub.
23 yaşlı müdafiəçi Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şahdağ Qusar"ı 2:1 hesabı ilə yendikləri qarşılaşmada ayağından xəsarət alıb.
Tibbi müayinə nəticəsində onun zədəsinin ciddi olmadığı müəyyənləşib. Lakin bugünkü oyunda risk etməmək üçün Rzayev iştirak ərizəsinə daxil edilməyib.
Daha əvvəl David Tavareş, İbrahima Vadji və Şəhriyar Əliyevin də zədəli olduqları məlum idi. Vadjinin "Sabah"a qarşı növbəti tur matçına hazır olacağı bildirilib.
Digər futbolçuların isə ilin sonunadək oynamayacaqları gözlənilir.
Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlanacaq.










































































