Futzal Azərbaycan Yüksək və Birinci Liqalarında iştirak edən klublar üçün “qış transfer pəncərəsi”nin vaxtı açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, "pəncərə" gələn il yanvarın 6-də açılacaq.
Komandalar yeni transferlərini fevralın 6-ı, axşam 23:59-a qədər qeydiyyatdan keçirə bilərlər.












































































