"Sumqayıt" komandasının futbolçusu Aleksandr Ramalinqom evdə "İmişli"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının uzatma dəqiqələrində baş vermiş kütləvi dava ilə əlaqədar fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, fransalı hücumçu münaqişə vaxtı kənara çəkildiyini bildirib.
32 yaşlı hücumçu mübahisənin bitmədiyini gördükdə tərəfləri aralamaq məqsədilə hadisə yerinə yaxınlaşdığını söyləyib: "Niyyətim davanı bitirmək idi. Lakin rəqib futbolçu İbrahim Əliyev aqressiv davrandı. Nəticədə məsələ böyüdü. O, penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün qəzəbli idi".
Ramalinqom münaqişə zamanı təhqirə yol vermədiyini də diqqətə çatdırıb: "Mən heç kimi söyməmişəm. Ümumiyyətlə, heç kimə pis sözlər deyən adam deyiləm, deməmişəm, demək fikrim də yoxdur. Amma onun məni söyüb-söymədiyni bilmirəm. Çünki azərbaycanca bilmirəm, başa düşmürəm".
Qeyd edək ki, AFFA İntizam Komitəsi oyunun bərpasını gecikdirdiyi üçün "Sumqayıt"ın köməkçi-məşqçisi Veliçko Kaplanoviçə qırmızı, qeyri-idman hərəkətlərinə görə "İmişli"nin futbolçuları Ronaldo de Souza, Luis Silvestr və İbrahim Əliyevə sarı vərəqə göstərib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.








































































