“Kəpəz”in futbolçusu Rauf Hüseynli Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasında XIV turun “Araz-Naxçıvan”la görüşünə (0:2) təsadüf edib.
O, səfər matçına start heyətində çıxıb. Hüseynli Premyer Liqada keçirdiyi 100 qarşılaşmada 6 qola imza atıb.
5 klubun heyətində çıxış etmiş müdafiəçi “Kəpəz”də 33 (3 qol), “Şamaxı”da 31 (1 qol), “Qəbələ”də 30 (1 qol), “Zirə”də 5, “Qarabağ”da 1 (1 qol) oyun keçirib.
Qeyd edək ki, Premyer Liqada debütü 2019/2020 mövsümünə təsadüf edən Rauf Hüseynli çempionatda 100 və daha çox oyun keçirən 449-cu futbolçudur.








































































