"Qarabağ"ın prezidenti Tahir Gözel komanda ilə görüşüb.
Sportnet.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, o, Azərbaycan Premyer Liqasında XV turun “Araz-Naxçıvan”la “Azersun Arena”da keçirilən oyunundan öncə kollektivlə bir araya gəlib.
T.Gözel baş məşqçi Qurban Qurbanovla və komanda ilə görüşündə onlara dəstəyini ifadə edib və qarşılaşmada uğurlar arzulayıb.








































































