FIFA futzal millilərinin növbəti reytinq siyahısını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan yığması ötən siyahıya nəzərən 2 pillə geriləyib.
Hazırda 1034 xala malik komanda 53-cü pillədə qərarlaşıb.
Siyahıya 1674,04 xalla Braziliya başçılıq edir. Portuqaliya 1536,17 xalla 2-ci, İspaniya 1529,67 xalla 3-cü yerdə gedir.






































































