"Meydançanın vəziyyəti və hava şəraiti futbolçular üçün çox çətin idi".
Sportnet.az xəbər verir ki, bunu "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov səfərdə "İmişli" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis görüşün çətin keçdiyini bildirib: "Ağır oyun oldu. Əlbəttə, bura qələbə üçün gəlmişdik. Qalib gələ də, uduza da bilərdik. Matçın ədalətli nəticəsi bərabərlik idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən döyüşkənlik göstərdilər. Hesabda geri olsaq da, onlar əzmkarlıq göstərib bərabərlik qolunu vurdular. Qarşıdakı oyunlara hazırlaşacağıq".






































































