Azərbaycan Premyer Liqasının 15 turundan sonra yalnız bir komanda heç-heçə etməyib.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Kəpəz” mövsümün startında ardıcıl 15 görüşü sülhsüz başa vurub.
Gəncə klubu 3 qələbə qazanıb və 12 dəfə uduzub.
Bu, turnirin tarixində 14-cü belə hadisədir. Çempionatdan çıxdığı üçün bütün görüşlərdə texniki məğlubiyyət alan “Gənclik” nəzərə alınmasa, bunadək 13 komanda ilk 15 matçı heç-heçəsiz keçib.
Sonuncu belə seriya 18 il əvvəl - 2007/2008 mövsümündə qeydə alınıb. “Gənclərbirliyi” sülhsevməzlik nümayiş etdirib.
Qeyd edək ki, ilk belə seriyaya 1992-ci ildə “Neftçi” imza atıb – 14 qələbə, 1 məğlubiyyət.






































































