Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” matçı keçirilib.
Sportnet.az xəbər verir ki, "Bank Respublika Arena"da təşkil olunmuş görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
FIFA referisi Elçin Məsiyev idarə etdiyi oyunda ilk qolu 9-cu dəqiqədə Leandro Andrade vurub.
Fasilədən sonra "Sabah" fəallaşaraq, oyunu xeyrinə dəyişməyi bacarıb. 52-ci dəqiqədə Coy Lens Mikels Kevin Medinanın səhvindən sonra qapıçı Mateuş Koxalski ilə təkbətəkdən qalib ayrılıb. 88-ci dəqiqədə isə Aron Maluda oxşar vəziyyətdən qələbə topunu vurub.
Beləliklə, xalını 34-ə çatdıran "Sabah" "Qarabağ"ı 1 xal geridə qoyaraq, liderliyə yüksəlib. Ağdam təmsilçisi isə ikinci pilləyə enib.
18 dekabr (cümə axşamı)
19:30. “Sabah” – “Qarabağ” - 2:1
Qollar: Coy Lens Mikels, 52. Aron Maluda, 88 - Leandro Andrade, 9
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”.














































































