Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.
Sportnet.az xəbər verir ki, 31 yaşlı qolkiper “IsarPark Plattling” klinikasında professor, doktor Stefan Fikert tərəfindən sol bud oynağından uğurlu əməliyyat keçirib.
Onun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.










































































